• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Rəşid Mahmudovdan koronavirus açıqlaması: “Evdən çıxmasınlar”

Rəşid Mahmudovdan koronavirus açıqlaması: “Evdən çıxmasınlar”
29.01.2020 14:10
"Koronavirusla bağlı hərə bir söz deyib, milləti dəli etməsin. Hələlik Azərbaycanda virus yoxdur”.

Bu sözləri Oxu.Az-a Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusla bağlı son günlər mediada yayılan müxtəlif məlumatlara münasibət bildirərkən deyib.

R.Mahmudov deyib ki, istənilən halda insanlar maksimum dərəcədə ehtiyatlı olmalıdırlar:

"Bu gün Azərbaycanda koronavirus yoxdur. İnsanları təlaşlandırmasınlar. Bu virus Çinin bir sıra əyalətlərində yayılıb. Koronavirus, əsasən, balıqda, ət məhsullarında olur. Çindən başqa ölkələrə, eləcə də, Azərbaycana heç kim buraxılmamalıdır. Onsuz da karantin elan edilib, ciddi nəzarət var.

Çindən ölkəyə gələn şəxsləri 3-4 gün saxlayıb, həkim müayinəsindən keçirirlər. Hər hansı iltihab prosesi, qızdırma, öksürək kimi simptomlar aşkarlanmırsa, onları insanlarla eyni mühitə buraxmaq olar”.

R.Mahmudov Çindən idxal edilən məhsulların risk faktoru kim virus daşıyıcısı ola biləcəyini də qeyd edib:

"Əlbəttə ki, bu ərəfələrdə Çindən heç nə almaq lazım deyil. Virus Çinin bütün əyalətlərinə yayılmasa da, risklidir. Hansı ərazidə virus aşkarlanıbsa, o ərazilərdən və ya yaxınlığından sifarişlərin ölkəyə girişinə icazə vermək olmaz. Bunu da aidiyyəti qurumlar nəzarətdə saxlayır. Bu virus insandan insana hava yolu ilə yoluxur”.

Koronavirus əleyhinə vaksin hazırlanmasının asan olmadığını deyən R.Mahmudov buna ən azı üç ay vaxt lazım olduğunu deyib:

"Vaksin hazırlamaq asan deyil. Bunun üçün virusun üzərində laboratoriyada müəyyən prosedurlar aparılmalıdır. Vaksinin hazırlanmasına ən azı üç ay vaxt lazımdır. Çində olan tələbələrimiz də, virusa yoluxmaq istəməyən insanlar da ünsiyyətdən maksimum çəkinməlidirlər. Mümkün qədər evdən çıxmasınlar”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
Cəmiyyət 21:05
ABŞ-də öldürüldüyü deyilən Azərbaycanlı müğənni sağdır - Yenilənib
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Cəmiyyət 19:00
ADY və Əfqanıstan rəsmiləri nəqliyyat-logistikada əməkdaşlığı müzakirə ediblər
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Cəmiyyət 17:45
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Cəmiyyət 17:12
Mingəçevirdə Kürdə iki kater toqquşub, yaralılar var - Yenilənib
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:06
Bərdədə polis tərəfindən 5 kiloqram narkotik aşkarlanıb
Zaqatalada yol qəzası baş verib, ölən var
Cəmiyyət 14:26
Zaqatalada yol qəzası baş verib, ölən var
Türkiyəyə qar yağıb - Video
Cəmiyyət 13:46
Türkiyəyə qar yağıb - Video
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Cəmiyyət 12:57
Astarada yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol