Rəsmi Ankara 5 aprel görüşü ilə bağlı bəyanat yayıb

20:45 | 04.04.2024
Rəsmi Ankara 5 aprel görüşü ilə bağlı bəyanat yayıb

Rəsmi Ankara 5 aprel görüşü ilə bağlı bəyanat yayıb

Azərbaycanın II Qarabağ müharibəsindən sonra işğal olunmuş torpaqlarının azad edilməsi və Qarabağda 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən antiterror əməliyyatı ilə bütün ölkə torpaqlarında suverenliyinin bərpası nəticəsində regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət ortaya çıxıb.Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Bu tarixi fürsətin uğuruna çox yaxın olduğumuz bir dönəmdə üçüncü tərəflərin, xüsusən də qeyri-regional aktorların prosesə ədalətli və qərəzsiz yanaşması və prosesə zərər vurmamaq üçün ehtiyatla yanaşması daha da vacib olub.
Bu kontekstdə 5 aprel 2024-cü ildə keçirilməsi planlaşdırılan Ermənistan, Aİ və ABŞ arasında üçtərəfli görüşün regionda mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına xələl gətirəcəyini açıq şəkildə ifadə etmək bizim borcumuzdur”.
 
Azərbaycanı istisna edən bu təşəbbüs sülhə xidmət etməkdənsə, Cənubi Qafqazın geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq:

"Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun parametrlərini nəzərə almağa və tərəflərə bərabər məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik.

İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu regional rifaha nail olacaq.

Türkiyə həmişə olduğu kimi bu məsələdə üzərinə düşəni və Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək”, - bəyanatda qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb