Rəsmi Bakı Cozep Borelin iddialarını rədd edib

09:04 | 23.01.2024
Rəsmi Bakı Cozep Borelin iddialarını rədd edib

Rəsmi Bakı Cozep Borelin iddialarını rədd edib

Rəsmi Bakı Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Cozep Borelin Azərbaycan haqqında səsləndirdiyi iddiaları rədd edib. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib. 
 
Yanvarın 22-də Aİ Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Cozep Borelin bildirib ki, "Prezident İlham Əliyevin son vaxtlar ərazi iddiaları böyük narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir və Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”. 

"Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir. Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır.Beynəlxalq ictimaiyyətin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır", - Hacızadə vurğulayıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM