Azərbaycan sülh sazişi lahiyəsini Ermənistana təqdim edib.Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Sülh sənədinin imzalanması istiqamətində Azərbaycan tərəfi maraqlıdır.Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar qəbuledilməzdir",- nazir fevralın 22-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib.
Bir gün əvvəl Ermənistan sülh sənədinin Azərbaycandan təhvil almasını təsdiq edib

Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında artıq bir necə aydır de-fakto sülh yaranıb. Həmçinin xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla 2024-cü il sülh müqaviləsi imzalana bilər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçətərfli bəyanata əsasən dayandırılıb. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda lokal antirerror əməliyyatları keçirib. Bundan sonra Qarabağda olan bütün ərazilərə nəzarətin bərpası Azərbaycan tərəfinə keçib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !