Rəsmi Bakı Ermənistanı hərbi eskalasiyalardan çəkinməyə çağırıb

16:17 | 13.02.2024
Rəsmi Bakı Ermənistanı hərbi eskalasiyalardan çəkinməyə çağırıb

Rəsmi Bakı Ermənistanı hərbi eskalasiyalardan çəkinməyə çağırıb

Azərbaycan Ermənistanı sülh prosesini təhlükə altına qoyacaq hərbi eskalasiyalardan çəkinməyə çağırıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 
 
"Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır. Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır. Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb ", - məlumatda qeyd olunub.
 
Bildirilib ki, təhlükəni aradan qaldırma tədbiri sırf cavab tədbiri idi.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM