• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Bakı inanır ki, Ermənistan COP29-da iştirak edəcək

Rəsmi Bakı inanır ki, Ermənistan COP29-da iştirak edəcək
27.09.2024 09:52
Rəsmi Bakı inanır ki, Ermənistan COP29 konfrasında iştirak etmək üçün öz nümayəndə heyəti ilə ilə Azərbaycana gələcək. Bunu reporta müsahibəsində COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.  
 
"BMT səfəri çərçivəsində Ermənistanla heç bir görüş nəzərdə tutulmayıb, ancaq biz onları COP-a dəvət etmişik. Ənənəvi olaraq, bütün ölkələr COP-da iştirak edirlər və inanırıq ki, Ermənistan Azərbaycana gələrək COP29-da öz nümayəndə heyəti ilə iştirak edəcək", - nazir bildirib. 
 
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib ki, noyabrda Bakıda keçirilən COP29 konfrasında iştirakla bağlı hələlik qərar verməyib. 
 
Noyabrın 11-22-də Bakıda COP-29  keçiriləcək. Azərbaycan Ermənistanı da bu tədbirdə iştiraka dəvət edib. Nikol Paşinyan təklifin gəldiyi vaxt məzuniyyətdə olduğunu əsas gətirərək Azərbaycana rəsmi cavab verməmişdi.
 
Ekspertlər Ermənistanın bu tədbirdə xarici işlər naziri səviyyəsində təmsil olunacağını proqnozlaşdırır.  Ermənistan xarici işlər naziri bu dəvəti qəbul edərsə son 30 il ərzində bu Ermənistan XİN rəhbərinin Bakıya ilk səfəri olacaq.


 
Gülnar 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə məhkəməsi İmamoğluna iki il bir ay həbs və siyasi fəaliyyət qadağası verib
Cəmiyyət 22:44
Türkiyə məhkəməsi İmamoğluna iki il bir ay həbs və siyasi fəaliyyət qadağası verib
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:19
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Cəmiyyət 20:37
Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Cəmiyyət 20:15
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə layihələri müzakirə edib
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Cəmiyyət 19:36
Qəbələnin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Cəmiyyət 19:06
Mil-Muğan Regional Təhsil İdarəsində yeni təyinat olub
Azərbaycanda 123 vəkillə bağlı intizam icraatı başlanılıb
Cəmiyyət 18:22
Azərbaycanda 123 vəkillə bağlı intizam icraatı başlanılıb
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Cəmiyyət 18:10
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
Cəmiyyət 17:19
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox