Rəsmi Bakı Paşinyana cavab verib

16:40 | 23.02.2024
Rəsmi Bakı Paşinyana cavab verib

Rəsmi Bakı Paşinyana cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın  Azərbaycanın müharibəyə hazırlıqla bağlı bəyanatlarını rədd edərək əsassız adlandırıb. Bu barədə XİN bəyanatında bildirilib.

 "Paşinyanın Fransanın "France 24” telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlar regionda gərginliyi qəsdən artırmaqla sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır. Azərbaycanın guya Ermənistana hücuma hazırlaşdığı, beynəlxalq hüquqa uyğun gəlmədiyi, mövcud faktların açıq şəkildə təhrif edilməsi ilə bağlı iddialar beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır”, - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Rəsmi Bakı hesab edir ki, Almaniya kanslerinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin son görüşündən sonra Fransada erməni tərəfinin verdiyi bu cür bəyanatlar Almaniyanın səylərinə hörmətsizlikdir və bu, " Fransanın sülh prosesinə mənfi təsirinin davam etməsinə sübut kimi qiymətləndirilə bilər". 

Xarici İşlər Nazirliyi həmçinin bildirib ki,  İrəvan Bakıya qarşı ərazi iddialarından əl çəkməyib və bu, Ermənistan rəhbərliyinin sülh gündəmini təşviq etməkdə maraqlı olmadığını təsdiqləyir.

Bakı İrəvanı "sülh perspektivlərinə xələl gətirən bəyanatlardan imtina etməyə və Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq məkanına çevirmək üçün yaranan imkanlardan istifadə etməyə” çağırıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM