Rəsmi Kiyev Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib

15:49 | 26.02.2014
Rəsmi Kiyev Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib

Rəsmi Kiyev Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib

Ukrayna Xarici İşlər Nazirliyi ölkədədaxili vəziyyətlə bağlı bəyanat yayıb.APA-nın məlumatına görə, Ukrayna xarici siyasət idarəsinin bəyanatında qeyd olunub ki, hazırda ölkənin böhrandan çıxarılması üçün bütün lazımi addımlar atılır. “Ali Rada tərəfindən qəbul olunmuş qərarların legitimliyini artıq Ukraynanın əksər beynəlxalq tərəfdaşları tanıyıb. Kiyevdə və ölkənin digər şəhərlərdə ictimai əsayiş bərpa olunub”, - deyə sənəddə vurğulanıb. Rəsmi Kiyev həmçinin Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib. Ukrayna xarici siyasət idarəsi qeyd edib ki, Ukraynada milli azlıqlar və dini konfessiyaların nümayəndələrinin hüquqlarının təhlükədə olduğuna dair iddialar əsassızdır.  “Hazırkı mərhələdə rəsmi Kiyev ölkənin iqtisadi sabitliyinə, habelə ərazi bütövlüyünə mümkün təhlükələrin dəf edilməsinə yönəlik səylərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsində maraqlıdır. Bu baxımdan Kiyevdə Rusiya XİN rəhbərinin Ukraynanın ümumavropa ailəsinin tərkib hissəsi kimi inkişafı üçün lazımi şəraitin yaradılmasının vacibliyi haqda bəyanatına xüsusi önəm verilir”, - deyə bəyanatda vurğulanıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM