Dünyanın ən populyar virtual pul vahidi olan “Bitkoin” Rusiyada yasaqlandı. ANS PRESS-in xəbərinə görə, Rusiya Mərkəzi Bankı ölkənin pul vahidinin rubl olduğunu, “Bitkoin”dən bu ölkədə pul kimi istifadə olunmasının mümkün olmadığını açıqlayıb. Qeyri-rəsmi açıqlamalara görə isə, qadağanın səbəbi bu pulun qanunsuz finans əməliyyatlarında istifadəsinin mümkün olmasıdır. Heç bir ölkə və mərkəz tərəfindən nəzarət olunması mümkün olmayan və yüksək məbləğlərdə pulun bir neçə dəqiqəyə transferini mümkün edən “Bitkoin” istifadəçilər tərəfindən rəğbətlə qarşılanır. Bu yasaqdan sonra Rusiyanın heç bir inzibati və təhsil qurumunda bu pöuldan istifadə etmək mümkün olmayacaq. Bir çox özəl qurumlar da bu yasaqdan sonra “Bitkoin”i qəbul etməyəcək. Fərdi “Bitkoin” istifadəçiləri isə bu puldan beynəlxalq ticarətdə istifadə edə biləcəklər. Qeyd edək ki, “Bitkoin” 22 iyul 2013-cü ildə fəaliyyətə başlayan virtual pul şəbəkəsidir. Rusiya Federasiyası daha əvvəl də bir çox qadağalarla dünya ictimaiyyətinin gündəminə gəlib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !