Rəsmi saytların fəaliyyətinin dayandırılması təxribat ola bilərmi? - Açıqlama

11:36 | 26.09.2018
Rəsmi saytların fəaliyyətinin dayandırılması təxribat ola bilərmi? - Açıqlama

Rəsmi saytların fəaliyyətinin dayandırılması təxribat ola bilərmi? - Açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycanda dövlət qurumların saytlarının işində ciddi problem yaranmışdı. Heç bir rəsmi qurumun, hətta rəsmi informasiya agentliklərinin saytları belə açılmırdı. Bu, ölkəmizə qarşı növbəti təxribat ola bilərmi?

Bununla bağlı BiG.AZ-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, artıq 1 gün vaxt keçməsinə baxmayaraq bütün dövlət resurslarının çökməsinin səbəbi ilə bağlı rəsmi açıqlamanın verilməməsi təəccüblüdür:

"Düşünürəm ki, baş verənlər bütöv dövlət şəbəkəsini əhatə etdiyindən bu, doğru yanaşma deyil. Fikrimcə, baş verənlər milli təhlükəsizliyimizin əsas tərkib hissəsi olan informasiya təhlükəsizliyi üçün kifayət qədər ciddi təhdid hesab oluna bilər".
 
Osman Gündüz vurğulayıb ki, resurslar ölkə ərazisində yerləşən XDMX- nın Data Mərkəzində yerləşdiyindən güman ki problem bu Data Mərkəzdə olub: "Yetərincə inkişaf etmiş bir şəbəkənin, yetərincə qorunan bir şəbəkənin birdən birə bu cür çökməsi anlaşılan deyil. Ölkənin ictimai əhəmiyyət kəsb edən bütün resursları belə bir problemlə üzləşiblərsə, müəyyən bir müddət vətəndaşlar, dövlət qurumları və hətta xarici vətəndaşlar dövlət xidmətlərini və ictimai informasiyaları əldə edə bilməyiblər. Fikrimcə , informasiya təhlükəsizliyinə, elektron hökumət quruculuğuna cavabdeh qurumlar dərhal buna rəsmi reaksiya verməlidirlər".
 
Deputat Fazil Mustafa bildirib ki, dünənki hadisə onu göstərdi ki, savadlı insanları rabitə sisteminə gətirməliyik: "Hazırda texnoloji mübarizə gedir. Ona görə də bu sahədə daha çox xaricdə təhsil alan, ağıllı insanları işləməlidir. Bu mübarizədə kadrların hazırlıq səviyyəsi böyük rol oynayır. İnternet resurslarını daha ağıllı idarə edənlər vəzifə başında olmalıdır ki, bu cür təxribatların qarşısı alına bilsin. Təəssüf ki, bizim kadr hazırlığımız o qədər də güclü deyil. Ona görə də bu cür təxribatların qarşısını alan zaman müəyyən problemlərlə qarşılaşırlar. Ümid edirəm ki, daha savadlı kadrlar vəzifə başına gələcək və dünən yaşananlar bir daha təkrarlanmayacaq". 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM