• $ 1.7
  • € 2.0166
  • ₽ 0.022092
  • ₺ 0.0389
  • £ 2.3187

Rəsmi sənədlər vahid formada yazılacaq - Azərbaycanda

Rəsmi sənədlər vahid formada yazılacaq - Azərbaycanda
26.02.2014 13:00
Azərbaycanda rəsmi sənədlərin - ərizələrin, arayışların, müqavilələrin yazılış forması yenidən müəyyənləşdiriləcək."Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun sədr müavini, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Həbib Zərbəliyev Trend-ə deyib ki, bu gün Azərbaycanda rəsmi ərizə, müxtəlif arayış və müqavilələri hər kəs özü bildiyi formada yazır. Buna görə də Azərbaycan dilində yazılan həmin sənədlərin vahid yazılma forması müəyyənləşməli, idarə və təşkilatlar da bu sənədlərin hazırlanması zamanı həmin formalardan istifadə etməlidirlər: "Azərbaycanda bu gün ən müxtəlif təşkilatlar ərizə formalarını, arayışları Sovet dövründən qalma ənənə ilə, rus dilindən tərcümə edilmiş formada yazırlar. Məsələn, ərizəni "Bu ərizə verilir ondan ötrü ki" kimi yazırlar. Bu isə Azərbaycan dilinə uyğun deyil".H.Zərbəliyev deyib ki, bu sahədəki çatışmazlıqları daha yaxşı öyrənmək üçün yaxın zamanlarda kargüzarlıq sahəsində monitorinqlərə başlanılması nəzərdə tutulur. Monitorinq ölkənin bütün rayonlarında ardıcıllıqla aparılacaq.Onun sözlərinə görə, monitorinq zamanı bütün təşkilat və idarələrin kargüzarlıq sənədlərini yoxlamaq imkan xaricindədir. Amma böyük qurumların kargüzarlıq sənədlərini araşdırmaq nəzərdə tutulur. Monitorinqlərin keçirilməsində məqsəd isə heç də həmin qurumların işinə hansısa formada təsir göstərmək deyil, mövcud tipik nöqsanların aradan qaldırılması üçün işlər aparmaqdır.İşçi qrupun sədr müavini bildirib ki, Dilçilik İnstitutunun alimləri ölkənin bu sahə üzrə digər bacarıqlı mütəxəssisləri ilə birgə bütün rayonlarda ardıcıllıqla reklam, afişa sahəsində də dövlət dilinin tələbələrinə riayət edilib-edilməməsi vəziyyətini araşdırmaq üçün monitorinqlər keçirəcəklər. Hazırda isə Bakı şəhərində yerləşdirilən reklamların mətnlərinin dilinin dövlət dilinin tələblərinə uyğun olub-olmadığını öyrənmək üçün monitorinqlər aparılır.İşçi qrup daha sonra mətbuatın dili ilə bağlı mövcud vəziyyəti öyrənmək üçün monitorinqlər aparacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ADSEA suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməyib - Rəsmi
Cəmiyyət 19:53
ADSEA suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməyib - Rəsmi
Göygöldə şagirdlərin kütləvi zəhərləndiyi bufetin fəaliyyəti dayandırılıb
Cəmiyyət 19:51
Göygöldə şagirdlərin kütləvi zəhərləndiyi bufetin fəaliyyəti dayandırılıb
Temperatur 4-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 19:10
Temperatur 4-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq edib
Cəmiyyət 18:22
Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq edib
AQTA Ramazan ayında düzgün qidalanma ilə bağlı məlumat yayıb
Cəmiyyət 17:59
AQTA Ramazan ayında düzgün qidalanma ilə bağlı məlumat yayıb
Prezident və xanımı Nəriman Həsənzadəni təbrik edib
Cəmiyyət 17:36
Prezident və xanımı Nəriman Həsənzadəni təbrik edib
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:22
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Son yeddi ayda Qarabağa nə qədər xarici turist səfər edib? - Rəsmi
Cəmiyyət 16:59
Son yeddi ayda Qarabağa nə qədər xarici turist səfər edib? - Rəsmi
Suyun qiymətinin bahalaşması üçün Tarif Şurasına müraciət olunub
Cəmiyyət 16:56
Suyun qiymətinin bahalaşması üçün Tarif Şurasına müraciət olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol