Rəsmi Tehran təmas xəttində yaranmış gərginliyə münasibət bildirdi

18:00 | 28.01.2014
Rəsmi Tehran təmas xəttində yaranmış gərginliyə münasibət bildirdi

Rəsmi Tehran təmas xəttində yaranmış gərginliyə münasibət bildirdi

 İran Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər yaranmış gərginliyə münasibət bildirib.APA-nın İranın “Səhər” telekanalına istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik brifinqdə deyib ki, rəsmi Tehranın mövqeyi aydındır. “Biz həm İranda, həm də digər ölkələrdə sülhün bərqərar olmasına çalışırıq və bu istiqamətdə səylərimizi əsirgəmirik. Görünür ki, təmas xəttində baş verənlərin miqyası kiçikdir. Biz bu xırda toqquşmaların da aradan qaldırılacağına ümid edirik”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM