Rəsmi Yerevan Zəngəzur dəhlizində beynəlxalq nəzarətin əleyhinə deyil

Ermənistanın Sünik vilayəti (Zəngəzur dəhlizi) vasitəsilə nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə nəzarət özəl təhlükəsizlik agentliklərinə verilə bilər. Bunu Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib.
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan kommunikasiyaların mühafizəsini özəl təhlükəsizlik agentliklərinə həvalə edilməsinin tərəfdarı olduğunu bildirib.
"Bəli, baş nazir dedi ki, bu, mümkündür. Hazırda əlavə məlumat yoxdur. Belə olan halda özəl mühafizə şirkəti Azərbaycan ərazisindən keçəcək kommunikasiyaların bir hissəsini də qorumalıdır", - nazir müavini bildirib.
Onun sözlərinə görə, bu, ölkənin suverenliyi prinsipini pozmur və sərhəddə erməni sərhədçilər və gömrük işçiləri də olacaq.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















