Sosial Tədqiqatlar Mərkəzinin ölkənin üç böyük şəhərində keçirdiyi sorğu nəticələrinə görə vətəndaşların 58%-i istismar müddəti otuz ildən çox olan binalarda yaşayır. Bu barədə Mərkəzin açıqladığı nəticələrdə qeyd olunub.
Sorğuda iştirak respondentlərin 23%-i otuz ilə qədər tikilən binalarda, 19%-i isə yaşadığı bina haqda məlumatsız olduğunu deyib.
Sumqayıtda sorğuda iştirak edənlərin 44%-i bildirib ki, yaşı 60 ilə qədər olan binalarda yaşayır. 13%-i altımız ildən yuxarı olan, 7%-i son on ildə, 16%-i isə 10-30 il arası tikilən binalarda məskunlaşıb.
Sorğuda iştirak edənlərin 9%-i 15-24, digər 9%-i iki-dörd, 39%-i beş, 1%-i altı-yeddi, 31%-i isə doqquz mərtəbəli binada yaşayanlardır.
Respondetnlərin 63%-i bildirib ki, binanın giriş mərtəbəsində ticarət və iaşə obyekti yoxdur. 37%-i birinci mərtəbinin iaəşə və ticarət obyektini olduğunu, 20%-i birinci mərtəbinin tamamilə ticarət obyekti olduğunu, 17%-i isə müəyyən qədər olduğunu deyir.
Ümumilikdə isə Bakıda məskunlaşanların
41%-i, Sumqayıt üzrə 24%-i, Gəncə üzrə 22%-i yaşadığı binanın birinci mərtəbəsinin
ticarət və iaşə obyektlərindən ibarət olduğunu qeyd edir.
Sorğu 384 nəfər ararsında keçirilib. Nəticələr Bakı, Sumqayıt və Gəncəyə aiddir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !