Respondentlərin 58,9% -nin iqtisadi vəziyyəti ortadır - SORĞU

14:01 | 13.03.2023
Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu nəticələrinə görə fevralda 58,9% insan iqtisadi vəziyyətinin orta, 28,4% pis, 12,5% yaxşı olduğunu açıqlayıb. Bu barədə mərkəzin açıqladığı son hesabat sorğusunda məlumatlar əksini tapıb. 
 
Ölkənin iqtisadi vəziyyətinin münasibətinə cavab olaraq isə 33.9%-i "yaxşı,” 46.9%-i "orta”, 15.6%-i "pis” olduğunu bildirib. 
 
Respondentlərin 57,3% hesab edir ki, yaxın gələcəkdə iqtisadi vəziyyətləri daha yaxşı olacaq, 13,5-i vəziyyətin dəyişməyəcəyini, 13,8% respondent isə daha da pis olacağını deyir.  
 
Ölkə iqtisadi vəziyyətinə görə isə respondentlərin 69,5%-i bildirir ki, müsbətə doğru dəyişikliklər olacaq, 9,6% vəziyyətin dəyişməyəcəyini, 8,9% isə mənfiyə doğru dəyişəcəyini proqnoz edir. 
 
Sorğu 12 iqtisadi rayonu əhatə edib və 384 nəfər arasında keçirilib. 
 
2022-ci ildə Azərbaycanda ÜDM artımı 4,6% təşkil edib. Azərbaycanın İqtisadiyyat Nazirliyi 2023-cü il üçün ÜDM artımını 2,7%, 2024-cü il üçün 4,2% səviyyəsində proqnozlaşdırır.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM