Respondentlərin 69,4 %-i sərhəd məsələsinin Azərbaycanın xeyrinə yekunlaşacağını düşünür - SORĞU

10:50 | 19.06.2021
Respondentlərin 69,4 %-i sərhəd məsələsinin Azərbaycanın xeyrinə yekunlaşacağını düşünür - SORĞU

Respondentlərin 69,4 %-i sərhəd məsələsinin Azərbaycanın xeyrinə yekunlaşacağını düşünür - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi "Siyasi gündəm ictimai rəydə” adlı sorğu keçirib.

Mərkəzdən verilən məlumata görə, telefon zəngi vasitəsilə keçirilən sorğuda bütün iqtisadi rayonlar əhatə edilməklə təsadüfi qaydada seçilən 600 respondent iştirak edib.

Əminlik intervalı 95%, xəta dərəcəsi 4%-ə bərabərdir. Sorğuda iştirak edənlər arasında orta yaş qrupu və orta təhsillilər nisbi üstünlük təşkil edib.
 
Məşğuliyyət statusu cəhətdən 43.8% işləyir, 11.4% isə işləmir. Evdar qadın və təqaüdçülərin çəkisi müvafiq olaraq 21.5% və 15.5% təşkil edib. Seçmədə aylıq gəliri 0-250 manat arası olanların çəkisi yüksəkdir (52.3%).

Xarici ölkələrin siyasi, iqtisadi, ictimai vəziyyətini izləmək

Respondentlərin təxminən üçdə ikisi (66.2%) qonşu ölkələrin siyasi, iqtisadi, ictimai vəziyyətini izlədiyi halda, 38.1% dünya ölkələrinin gündəmini müntəzəm qaydada izləyir. İzlənilmə cəhətdən qonşu ölkələr arasında Türkiyə (77.1%), Rusiya (49.9%) və Ermənistan (42.9%) digər ölkələrlə nisbətdə əhəmiyyətli dərəcədə irəlidə qərarlaşıb. Dünya ölkələri üzrə isə ABŞ (58.9%), Almaniya (27.3%) və Fransa (22.1%) daha çox izlənir.

Ermənistanda keçiriləcək növbədənkənar seçkilər

Sorğuda iştirak edənlərin daha çox hissəsi (48.8%) 20 iyunda Ermənistanda keçiriləcək növbədənkənar seçkilərdə Nikol Paşinyanın blokunun məğlub olacağını hesab edir. Nəzərə çatdıraq ki, təxminən 21% respondent bu sualı cavablandırmaqda çətinlik çəkib. Müqayisə üçün bildirək ki, MPG şirkətinin Ermənistan əhalisi arasında apardığı sorğuda da Nikol Paşinyanın blokunun məğlub olacağını düşünənlər nisbətən daha çoxdur. Nikol Paşinyanın blokunun məğlub olacağını düşünən respondentlərin (48.8%) daha çox hissəsi (20.6%) Ayastan İttifaqının lideri Robert Köçəryanın qalib gələcəyini deyib.

20 iyunda keçiriləcək növbədənkənar seçkilərdən sonra respondentlərin üçdə biri Ermənistanın Azərbaycan (32.7%) və Türkiyə (32.5%) ilə münasibətlərinin mənfiyə doğru inkişaf edəcəyini hesab edir. Ümumiyyətlə, nəticədən asılı olmayaraq, dəyişilməyəcəyi ən çox ehtimal olunan məsələlər Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləridir.

Respondentlərin yarısından çoxu 20 iyunda keçiriləcək növbədənkənar seçkilərdən sonra Ermənistanda ictimai-siyasi vəziyyət (51.5%) ilə yanaşı, əhalinin sosial vəziyyətinin də (57.6%) pisləşəcəyini düşünür. Maraqlıdır ki, təxminən hər on nəfərdən biri vəziyyətin yaxşılaşacağını proqnozlaşdırır. Ermənistanın həm Rusiya (26.1%), həm də Qərb dövlətləri (26.2%) ilə münasibətlərinin pisləşəcəyini düşünənlərin çəkisi demək olar ki, eynidir.

Nəzərə çatdıraq ki, Nikol Paşinyanın blokunun qalib və ya məğlub olacağını düşünənlər araısında seçkidən sonrakı dövrə dair gözləntilərin nəticələri bir-birindən müəyyən qədər fərqləndiyindən, aşağıda hər iki ssenari üçün cədvəl təqdim edilib.

Müharibədən sonrakı siyasi proseslərdən gözləntilər

Respondentlərin demək olar ki, yarısı (45.2%) Zəngəzur dəhlizinin 1 il ərzində açılmasını gözlədiyi halda, dəhlizin 2-5 il ərzində açılacağını düşünənlərin çəkisi 24.6%-ə bərabərdir.

Qarabağ və ətraf ərazilərdə mina siyasətinə dair rəyi öyrənilənlərin yarısı (50.7%) hesab edir ki, hökumət beynəlxalq təşkilatları mina xəritələrinin açıqlaması üçün Ermənistana sanksiyalar tətbiq etməyə çalışmalıdır. Təxminən hər on respondentdən biri bu qənaətdədir ki, sərhədlərin müəyyənləşdirilməsi tezliklə yekunlaşmalı (7.6%) və minaların təmizlənməsi istiqamətində xarici əlaqələr gücləndirilməlidir (9.4%).

Respondentlərin əhəmiyyətli hissəsi (73.4%) Azərbaycan-Ermənistan sərhədindəki prosesləri izləyir. Prosesləri izləyənlər arasında Ermənistan-Azərbaycan sərhəd məsələsinin Azərbaycanın iradəsi ilə onun xeyrinə yekunlaşacağını düşünənlərin çəkisi (69.4%) təşkil edir. Lakin respondentlərin müəyyən hissəsi (15.5%) bu prosesin Ermənistan tərəfindən uzadılacağından narahatdır.

Respondentlərin 37%-i Erməni hərbi diversantlarının Bakıda məhkəmə prosesini mütəmadi qaydada, 21%-i tez-tez, 16.5%-i bəzən izləyir. Məhkəmə prosesini izləyənlərin daha çox hissəsi hesab edir ki, bu proses nəticəsində Azərbaycanın qanunlarına hörmət etmək istəyən ermənilər də insanlarımıza qarşı qəddarlığın cəzasız qalmayacağını dərk edəcək (35.7%). Digər geniş yayılmış qənaət bundan ibarətdir ki, məhkəmə prosesi qarşıdakı dövrdə ərazilərimizə keçmək istəyən diversant və ya terrorçulara mesajdır (30.8%).

Dövlətin əhalini məlumatlandırması işi

Azad olunan torpaqlara Qayıdış siyasəti barədə dövlətin əhalini məlumatlandırması işindən razılıq (orta dəyər – 2.67) digər məsələlərə nisbətdə daha yüksəkdir. Ən aşağı razılıq (orta dəyər – 1.98) göstərici isə iqtisadiyyatın bərpası ilə bağlı planlar barədə məlumatlandırma üzrə müşahidə edilib. Nəzərə çatdıraq ki, bu sual üzrə orta dəyər 3 ballıq şkala ilə ölçülüb – 1 - ən aşağı razılıq, 3- ən yüksək razılığı ifadə edir.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb