Respondentlərin 78,5% Ermənistanla sülh müqaviləsini dəstəkləyir

12:14 | 11.12.2023
Respondentlərin 78,5% Ermənistanla sülh müqaviləsini dəstəkləyir

Respondentlərin 78,5% Ermənistanla sülh müqaviləsini dəstəkləyir

Sosial Tədqiqatlar Mərkəzinin sorğusuna əsasən, "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?" sualına respondentlərin 78,5%-i "bəli, dəstəkləyirəm", 20,2%-i "xeyr, dəstəkləmirəm" cavabını verib. 1,3% rəyini bildirməkdə çətinlik çəkib.  Bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
 
Sorğu 2023-cü ilin 25-28 noyabr tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.
 
Həmçinin sorğu  12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub.
 
Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM