Respondentlərin 83,6%-i türk ölkələrini özlərinə yaxın bilir- STM

14:18 | 25.05.2023
Respondentlərin 83,6%-i türk ölkələrini özlərinə yaxın bilir- STM

Respondentlərin 83,6%-i türk ölkələrini özlərinə yaxın bilir- STM

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən monitorinq zamanı respondentlərin 83,6%-i türk ölkələrini, 12,0%-i islam ölkələrinə, 8,6%-i keçmiş sovet ölkələrinə özlərinə yaxın hiss etdiklərini bildirib. Bu barədə Sosial Tədqiqatlar Mərkəzindən bildirilib.
 
Bildirilib ki, respondentlərin 6,5%-i bu suala cavabında "qonşu ölkələr”, 2,1%-i "Qərb ölkələri” cavab variantını qeyd edib. 1,8%- heç bir ölkəni yaxın hiss etmədiyini bildirib, 1,6%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.

Sorğular 2023-cü ilin 14-17 may tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib.
 
Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub.
 
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM