APA-nın xəbərinə görə, bu barədə FHN məlumat yayıb.
Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın baş verən binada pasiyentlərin qaldığı ehtimal edilir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent təxliyə olunub. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib.
Yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !