Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşıb

18:45 | 28.01.2025
Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşıb

Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə  bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM