ABŞ Senatının demokrat üzvləri İran nüvə sazişinin ləğvi ilə nəticələnə biləcək qanunvericilik cəhdini üçüncü dəfə bloklayıblar.
ABŞ Senatının demokrat üzvləri İran nüvə sazişinin ləğvi ilə nəticələnə biləcək qanunvericilik cəhdini üçüncü dəfə bloklayıblar.
Səsvermə respublikaçıların çoxluğu ilə nəticələnsə də (56-42), onlar sazişin ləğvi üçün zəruri olan 60 səsi qazana bilməyiblər.
Respublikaçıların ciddi və bahalı müqavimətinə baxmayaraq Obamanın partiyadaşları İranla ABŞ və daha 5 dünya gücü arasında imzalanmış sazişi qoruya biliblər.
Bu həftə Senatda heç bir səsvermənin keçirilməsi nəzərdə tutulmadığından, artıq demək olar ki, Obamanın ən böyük xarici siyasət uğurunun əngəllənməsi mümkün olmayacaq.
Konqres İran sazişinə dair qətnaməni sentyabrın 17-dək qəbul etməli idi, lakin göründüyü kimi bu, mümkün olmayıb.
Saziş üzrə xüsusi elçi
Acıqlı respublikaçılar deyiblər ki, demokratların ucbatından Amerika xalqı İranla saziş barədə öz sözünü deyə bilməyib.
Bununla belə, respublikaçılar bildirirlər ki, İranla sazişin əngəllənməsi üçün başqa vasitələr açıq qalır. Onlar bu sazişə qarşı hüquqi müstəvidə mübarizə aparacaqlarını istisna etmirlər.
Başqa bir yol İran üzərindəki sanksiyaları bərpa edəcək yeni qanunvericilik aktının müzakirəyə çıxarılmasıdır.
Bununla belə, Ağ Ev artıq özünü qalib hesab edir.
Dövlət katibi John Kerry ABŞ-ın Polşadakı keçmiş səfirini İran sazişinin icrası üzrə xüsusi elçi təyin edib.
Stephen Mull İranın və qarşı tərəflərin sazişin şərtlərinə əməl etmələrinə nəzarət edəcək. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !