Ölkə ərazisində dekabrın 11-i gündüz hava şəraiti əsasən yağmursuz keçib, lakin dünən axşamdan bu gün səhərə qədər qeyri-sabit olub, əksər rayonlarda yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANN.Az-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Bakıda 6, Rvarudda (Lerik) 40, Altıağacda 29, Gədəbəydə 25, Yardımlıda 23, Xınalıqda 21, Lerikdə 20, Daşkəsəndə 19, Göygöldə 16, Kəlvəzdə 14, Sarıbaşda 13, Ağdərədə 12, Naxçıvanda 11, Şərurda 9, Şamaxıda 7, Şahbuzda 5, Mərəzədə 4, İsmayıllıda 3, İmişli, Lənkəran, Göyçayda 2, Cəfərxan, Biləsuvar, Kişçay (Şəki), Zərdab, Qəbələ, Xaçmazda 1, Quba-Qusar zonasında 20-32 sm olub.Şimal-qərb küləyinin sürəti Neftçalada 20, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-23, bəzi yerlərdə 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.6 metrə çatıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !