"Hazırda yoluxmanın artmasına səbəb əhalinin rejimə riayət etməməsidir”.
Bunu APA-ya açıqlamasında respublikanın Baş epidemioloqu İbadulla Ağayev deyib. O bildirib ki, əhali maskadan mütləq istifadə etməlidir: "Dəfələrlə deyilib, bu gün də təkrar edirik. Koronavirus infeksiyasının başladığı zaman sərt qaydalar, karantin rejimi tətbiq olundu. Lakin karantin rejimi yumşaldıqdan sonra əhali qətiyyən qaydalara riayət etmək istəmir.
Baş epidemioloq qeyd edib ki, son vaxtlar insanlar qaydalara riayət etmədikləri üçün virusa yoluxma sayı hər gün artmaqda davam edir: "Bu da əhalinin özündən asılı olan səbəbdir. Əgər qaydalara əməl olunmasa, Operativ Qərargah tərəfindən də xəbərdarlıq olunub ki, mütləq sərtləşdirici tədbirlər həyata keçiriləcək, cərimələr tətbiq olunacaq. Əvvəl insanlar şikayət edirdilər ki, apteklərdə maska yoxdur. İndi apteklərdə həm Azərbaycan istehsalı, həm də ölkəyə idxal olunan maskalar var. Əhali maskalardan istifadə etsin. Sağlamlıqlarını qorumaq istəyirlərsə, qaydalara riayət etməlidirlər. Əhali rejim qaydalarına əməl etməsə, yoluxma hallarının sayı daha da artacaq. Hər evə bir nəzarətçi qoyula bilməz. Küçəyə çıxan, müəyyən yerlərə gedən insanlar gigiyenik normalara əməl etməlidir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !