Rəssam şimpanze 10 min dollar qazandı

19:20 | 30.12.2013
Rəssam şimpanze 10 min dollar qazandı

Rəssam şimpanze 10 min dollar qazandı

Amerikanın Luiziana ştatında Brent ləqəbli meymun rəssamlıq müsabiqəsinin qalibi olub. Şimpanzenin çəkdiyi şəkil üçün 10 min dollarlıq mükafat təyin edilib. Bu pul Brentin saxlandığı mərkəzin hesabına köçürüləcək.Brent bu rəsmi dili ilə çəkib və ortaya sarı, göy, mavi rənglərin “ləkəsindən” ibarət bir tablo çıxarıb. İkinci yeri isə Florida ştatından olan Çita adlı şimpanze tutub. Onun şəkli üçünsə sahiblərinə 5 min dollar ödənəcək. Üçüncü yerin sahibi olan Ripli adlı meymuna isə 2.5 min dollar mükafat verilib. Xatırladaq ki, müsabiqəyə bütün ABŞ üzrə onlarla şimpanzenin fotoları göndərilib. Daha sonra 27 min nəfərin iştirak etdiyi açıq səsvermə keçirilib. "Yeni Müsavat"
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti