Rəşt-Astara dəmir yolunun hazır olacağı tarix açıqlanıb

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirən Rəşt-Astara dəmir yolunun tikintisi beş ilə tamamlana bilər.
Bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Hədami deyib.
Nazir müavini əlavə edib ki, tikinti üçün vəsait Rusiya tərəfindən verilir.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycandan keçməklə Hindistan, İran və Rusiyanı birləşdirəcək.
www.anews.az