Rəsul Cəfərovun apellyasiya məhkəməsi başlayıb

15:19 | 21.07.2015
Rəsul Cəfərovun apellyasiya məhkəməsi başlayıb

Rəsul Cəfərovun apellyasiya məhkəməsi başlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib, məhkəmənin baxış iclası iyulun 31-nə təyin edilib.

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs-qətimkan tədbiri seçilib.

R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM