Rəsul Quliyevdən manatla bağlı proqnoz

23:16 | 20.03.2020
Rəsul Quliyevdən manatla bağlı proqnoz

Rəsul Quliyevdən manatla bağlı proqnoz

"Neftin 1 barellinin qiymətinin dünya bazarında 18 (Rusiyanın Ural nefti) 22 dollara düşməsi Rusiya iqtisadiyatının darmadağın olması ilə nəticələnəcək. Verilən proqnozların neftin qiymətinin uzun müddətə aşağı olacağından xəbər verir. Rusiyanın statistikasına inanılsa ölkənin büdcəsi 40 faiz neft və qaz gəlirləri hesabına formalaşır. Əslində bu rəqəm 55-60 faiz səviyyəsindədir. Neft gəlirlərindən daha çox asılı olan Azərbaycanda vəzyiyyət daha ağır olacaq”.

Anews.az-ın Pravda.az-a istinadən xəbərinə görə, bunu sabiq spiker Rəsul Quliyev deyib.

"Azərbaycan statistikasında yazılandan fərqli olaraq büdcə 80 faiz neft gəlirlərindən asılıdır. Neftin qiymətinin bir neçə ay bu səviyyədə qalması Azərbaycanda manat-dollar məzənnəsinin 5 manat 1 dollar səviyyəsinə çatdıracaq, əslində pul dəyişdirilməsi dayandırılacaq, valyuta yalnız ərzaq malları alıb respublikaya gətirənlərə veriləcək. Maaşların verilməsində qeyri-stabillik ən geci maydan başlayacaq. Koronovirusun dünyanı iflic etdiyi bir vaxtda Azərbaycanı fəlakət gözlədiyini anlamamaq mümkün deyildir. Belə bir perspektivin göz qabağında olduğu bir zamanda ölkənin prezidenti , iqtisadiyyat və maliyyə ilə məşğul olanlarının nikbin çıxışları əcaib görünür. Fəlakət təbili çalmaq əvəzinə "Bizim kifayət qədər valyutamız var, hər şeyi stabil saxlayacağıq” kimi bəyanatlar məsuliyyətsizlikdir” – R.Quliyev qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb