“Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlərlə bağlı hazırlıqlar dekabrın 7-dən sonra bilinəcək”.
Bunu Modern.az saytına Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda 2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri olan Rəsulzadənin anadan olmasının 130 illiyi bağlı Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi tapşırılıb.
M.Ə.Rəsulzadənin 130 illik yubileyi 2014-cü 31 yanvarda olacaq.
ANN.Az