Rəsulzadənin 130 yaşı heç nə ilə əlamətdar olmadı - VİDEO

23:15 | 31.01.2014
Rəsulzadənin 130 yaşı heç nə ilə əlamətdar olmadı - VİDEO

Rəsulzadənin 130 yaşı heç nə ilə əlamətdar olmadı - VİDEO

Məhəmməd Əmin Rəsulzadənin 130 yaşı heç nə ilə əlamətdar olmadı. Bircə qar yağdı. Sanki, Rəsulzadəyə soyuq münasibətin rəmzi kimi. 

Doğuluşundan qocaman olan, həyatı boyu 130 cür keşməkeşlərdən keçən, ən sonunda bizə müstəqilliyin tamını dadızdıran, bu kişinin ad günü əslində belə olmamalı idi. Amma belə oldu. Adəti üzrə Novxanıda müxalifətin bir mitinqi, şəhərdə də “İstiqlal” abidəsi önündə iqtidarın düzənlədiyi başqa bir anım. Vəssalam. 

Ümid o anım mərasimində mədəniyyət və turizm naziri Əbüfəz Qarayevin verdiyi informasiyadır. Nazir bildirib ki, Rəsulzadəylə bağlı tədbirlər ilboyu keçiriləcək. Kitabları nəşr olunacaq, qonşu dövlətlərdə onun irsinin öyrənilməsiylə bağlı müəyyən tədbirlər düzənlənəcək və s. Ola bilsin ki, bu tədbirlər sırasında Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılması da, heykəlinin qoyulması da, nəşini gətirilməsi də olsun. Amma bu ad gününə bunların heç bir olmadı. Yəqin ki, inciməz. Böyük ideyalar uğrunda vuruşan, Şərqdə ilk dəfə demokratik cümhuriyyət quran bir kişi həm də böyük ürək sahibi olmalıdır. O, bizi bağışlayar. Təki tarix də bağışlasın. 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM