Rusiya təyyarəsinin qəzaya uğradığı yerdə işləyən Misir axtarış-xilasetmə briqadasının üzvləri dağıntılar altından insan səsi eşitdiklərini deyiblər.
APA-nın xəbərinə görə, bu barədə "Reuters” məlumat yayıb. Bildirilir ki, hazırda xilasedicilər təyyarənin sərnişinlər olan bölməsinə daxil olmağa çalışırlar. Oradan kiminsə sağ çıxacağına ümid var.
Yerli təhlükəsizlik xidməti əməkdaşlarının yaydığı məlumata görə, qəza zamanı təyyarə iki yerə parçalanıb. Artıq dağıntılar arasından 5 uşağın meyiti çıxarılıb.
Xatırladaq ki, Rusiyanın "Koqalımavia” şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhəri istiqamətində uçuş həyata keçirmək üçün havaya qalxıb.
Göyərtəsində 217 sərnişin və 7 heyət üzvü olub
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !