Reyqanın tarixçiləri çaşdıran səs yazıları - ABŞ şokda

20:03 | 12.11.2014
Reyqanın tarixçiləri çaşdıran səs yazıları - ABŞ şokda

Reyqanın tarixçiləri çaşdıran səs yazıları - ABŞ şokda

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın heç yerdə yayımlanmayan gizli telefon danışıqlarına aid səs yazılarının ortaya çıxması tarixçiləri çaş-baş salıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Reyqanın daha çox ölkə içində və xaricindəki böhranların idarəsi üçün istifadə olunan konfrans otağında dünya liderləri ilə etdiyi danışıqların səs yazıları üzə çıxıb. Amerikalı tarixçilər səs yazılarının ortaya çıxarılmasına qədər ABŞ başçılarının gizli danışıqlarının qeydə alınmasının tətbiqinin keşmiş prezident Riçard Niksonun dövründə sona çatdığını düşünürdülər.Amerikalı tarixçi yazar Uilyam Doyl Ağ Evdən ''Məlumat əldə etmə azadlığı Aktı'' çərçivəsində əldə etdiyi gizli səs yazılarında Reyqanın İsrail Baş naziri Menahem Begin, Pakistan Dövlət Başçısı Ziya Ülhak və İngiltərə Baş naziri Marqaret Tetçer kimi liderlərlə etdiyi gizli telefon danışıqları var.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM