Reza Deqati fəxri diplomla təltif olundu

22:00 | 23.09.2021
Reza Deqati fəxri diplomla təltif olundu

Reza Deqati fəxri diplomla təltif olundu

Bu gün dünya şöhrətli fotorepartyor Reza Deqati Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.
 
Bu barədə MŞ-dan bildirilib.
 
Şura sədri Əflatun Amaşov deyib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən, jurnalistlərin özlərinin formalaşdırdıqları qurumdur. İkinci Qarabağ Müharibəsi reallıqlarının, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması məsələlərindən söz açan Əflatun Amaşov bildirib ki, Azərbaycan zaman-zaman dünyanın ikili standartlar siyasətindən əziyyət çəkib. Bu baxımdan müharibədə baş verənlərin olduğu kimi çatdırması xüsusi önəm daşıyırdı. Bunu reallaşdıran hər biz şəxs azərbaycanlıların sevimlisidir. Bu baxımdan Reza Deqati də Azərbaycan cəmiyyətinin rəğbət bəslədiyi sənət adamıdır.
 
Ə.Amaşov R.Deqatinin İkinci Qarabağ Müharibəsi dönəmindəki fəaliyyətindən söz açaraq bu işi böyük fədakarlıq kimi dəyərləndirib.
 
O, rəhbərlik etdiyi qurumun fəxri diplomunu qonağa təqdim edib.
 
Reza Deqati bildirib ki, ermənilər işğal altında saxladıqları Qarabağın mədəniyyətinə böyük zərər vurub, ekoloji terror həyata keçirib, qəbiristanlıqlarda vəhşiliklər törədib, şəhərləri, kəndləri viran qoyublar. Səfərdə məqsəd bunları çəkmək və dünya ictimaiyyətinə çatdırmaqdır. O, Azərbaycanda hər zaman böyük diqqət və qayğıyla qarşılandığını deyib və bu amilin onu yaradıcılıq üçün daha da həvəsləndirdiyini dilə gətirib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM