Rezidenturaya ərizə qəbulu başlayır

12:38 | 10.02.2014
Rezidenturaya ərizə qəbulu başlayır

Rezidenturaya ərizə qəbulu başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən (TQDK) “Rezidentura” jurnalının 2-ci sayı nəşr olunub.TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, jurnalda komissiyanın 2014/2015-ci tədris ili üçün rezidenturaya qəbul elanı, rezidenturaya ərizə verən namizəd üçün təlimat,  “Namizədin Elektron Ərzəsi”nin doldurulma qaydası, “Namizədin Elektron Ərzəsi”nin nümunəsi, rezidenturaya qəbul proqramları (ixtisas fənləri üzrə ) əksini tapıb. Rezidentura səviyyəsinə keçiriləcək qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə 2014 - cü ilin fevralın 11-dən 20-dək aparılacaq. Namizəd şəxsiyyət vəsiqəsinin seriyasından, nömrəsindən və PİN kodundan və “TQDK-nın virtual ödəmə kartı”nda göstərilən iş nömrəsi və şifrdən istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizerez) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur. Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Namizəd ərizəni doldurduqdan sonra tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təq­dim edib “Namizədin elektron ərizəsi” formasını təsdiq etdirir. Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən “Elektron imza” serti­fika­tını əldə etmiş namizədlər həmin sertifikatlardan istifadə etməklə “Namizədin elektron ərizəsi” formasını SQK-ya müraciət etmədən özləri təsdiq edə bilərlər.  Namizədlər “Namizədin elektron ərizəsi” for­masını Azərbaycan Tibb Universitetində və TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Quba,  Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində yaradılmış SQK-da təsdiq etdirməlidirlər. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları isə ”Namizədin elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da doldurmalı və  təsdiq etdirməlidirlər. Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin birinci mərhələdə qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.  İmtahanın birinci mərhələsi 2014-cü il martın 30-da, ikinci mərhələsi 2014-cü il iyulun 27-də keçiriləcək.  İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılacaqlar. Qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti