Rezidenturaya ixtisas seçimi başlayıb

21:30 | 21.09.2020
Rezidenturaya ixtisas seçimi başlayıb

Rezidenturaya ixtisas seçimi başlayıb

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb.

Anews.az xəbər verir ki, sentyabrın 21-dən başlayan ixtisas seçimi sentyabrın 25-dək aparılacaq.

Qeyd edək ki, DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. İmtahanda iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib.
 
Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM