• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

Rezidenturaya qəbul olanların siyahısı açıqlanıb

Rezidenturaya qəbul olanların siyahısı açıqlanıb
09.08.2016 11:24
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Rezidentura” xüsusi buraxılışının 4‑cü nömrəsini nəşr edib.
 
TQDK-dan APA-ya verilən məlumata görə, jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul olanların siyahısı, müsabiqə nəticələrinə görə alınmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.
 
Jurnalı "Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. Jurnalın elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər” bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.
 
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinə tələb olunan sənədləri avqustun 9-dan 15-dək olan müddətdə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mingəçevirdə yol qəzası baş verib,xəsarət alanlar var
Cəmiyyət 23:15
Mingəçevirdə yol qəzası baş verib,xəsarət alanlar var
Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində “parad” üçün silahların Ermənistandan gətirildiyi etiraf edilib
Cəmiyyət 21:43
Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində “parad” üçün silahların Ermənistandan gətirildiyi etiraf edilib
Gəncədə 15 yaşlı oğlan bıçaqlanıb
Cəmiyyət 20:59
Gəncədə 15 yaşlı oğlan bıçaqlanıb
Bakı və Sumqayıtda oğurluq edən 3 nəfər saxlanılıb
Cəmiyyət 20:48
Bakı və Sumqayıtda oğurluq edən 3 nəfər saxlanılıb
Bakıda sıxlıq olan yollar - Siyahı
Cəmiyyət 18:56
Bakıda sıxlıq olan yollar - Siyahı
Aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
Cəmiyyət 18:35
Aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
DİM-in tarix fənni üzrə ekspert komissiyası məlumat yayıb
Cəmiyyət 18:20
DİM-in tarix fənni üzrə ekspert komissiyası məlumat yayıb
Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək
Cəmiyyət 16:51
Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək
Şamaxıda zəlzələ olub
Cəmiyyət 16:40
Şamaxıda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol