Riqada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediləcək

15:00 | 10.05.2015
Riqada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediləcək

Riqada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediləcək

Azərbaycan və Ermənistan tərəfi 21-22 may tarixlərində Latviyanın paytaxtı Riqada baş tutacaq "Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

ANN.Az-in RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının (Aİ) adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.
 
"Sammit çərçivəsində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya ya Azərbaycan və Ermənistan prezidentlərinin, ya da iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil edəcək”, - deyə Aİ rəsmisi qeyd edib.
 
O bildirib ki, münaqişənin həllinə qədər ATƏT-in Minsk Qrupunun formatı dəyişməyəcək.
 
"Biz amerikanlı, rus və fransız həmkarlarımızın münaqişənin həllinə dair səylərinə inanırıq. Təəssüf ki, bu, çox çətin prosesdir”, - deyə Aİ nümayəndəsi vurğulayıb.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti