“Riqadakı super marketin çökməsi nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə bizə məlumat daxil olmayıb”.Bu barədə APA-ya Azərbaycanın Latviyadakı səfirliyindən məlumat verilib. Səfirliyin attaşesi Sadıq Babayev bildirib ki, hələlik Latviyanın müvafiq strukturlarından bu barədə məlumat almayıblar. Qeyd edək ki, Latviyada 2 mindən çox azərbaycanlı yaşayır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !