Latviya paytaxtında çökən “Maxima” ticarət mərkəzinin dağıntıları altından 52-ci cəsəd çıxarılıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Riqa meri dağıntılar altında daha 25-ə yaxın meyitin ola biləcəyini söyləyib.
Xatırladaq ki, noyabrın 21-də axşam Riqadakı “Maxima” ticarət mərkəzinin damı və divarlarından biri uçub. Hadisə yerinə gələn xilasedicilər işə başladıqdan sonra daha bir divar dağılıb. Dağıntıların sahəsi 500 kvadratmetr təşkil edib.
APA
Bizi sosial şəbəkələrdə izləyin !