Hollandiya millisinin futbolçusu Aryen Robben "DÇ-2014"ün yarımfinalında Argentinaya penaltilər seriyasında məğlub (2:4) olduqları oyunu şərh edib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, təcrübəli futbolçu komandasının turnirdə çox yaxşı oyun nümayiş etdirdiyini deyib:
"Bu mərhələyə qədər gələrək böyük iş gördük. Təbii ki, uduzduğumuz üçün məyusuq, ancaq dünya çempionatında əlimizdən gələnin ən yaxşısını etdik. İndiyə kimi hər kəs bizə dəstək oldu. Məncə, bu komandadakı oyunçularla qürur duymalıdırlar".
Robben dünya kubokuna Almaniyanın sahib çıxacağını iddia edib: "Penaltilər seriyası lotoreyadır. Kosta-Rika ilə oyunda qələbə qazansaq da, bu dəfə bəxtimiz gətirmədi. Mundial ərzində yaxşı çıxış etsək də, sonda penaltilərlə uduzduq. Bu, futbolun bir parçasıdır. Finala gəlincə Argentinanın şansı yoxdur, Almaniya çempion olacaq".
ANN.Az