Hollivud ulduzu Robert de Niro Yaponiyadan olan aşpaz Nobu Matsuxis ilə bərabər paytaxtda yerləşən Crocus City Mall-da dünya şöhrətli Nobu şəbəkəsinin restoranını açıblar, RİA Novosti Crocus City Mall-un mətbuat xidmətinə istinadən xəbər verir.
Oxu.Az xəbər verir ki, Moskvada De Niro və məşhur aşpazın ilk restoranı 2009-cu ildə açılıb. Layihənin açılışı Matsuxis, De Niro, iş adamları Araz və Emin Ağalarovların əməkdaşlığının nəticəsində baş tutub.
Ümumi sahəsi 1200 kvadratmetr olan yeni iki mərtəbəli Nobu Crocus City restoranında bar və launch-zona, 70 yerlik əsas zal və suşi-bar yerləşir. İkinci mərtəbədə isə 120 oturacaq yeri olan panorama mənzərəli zal yerləşir.
Nobu Crocus City-nin mətbəxinə fransız Demien Düvio cavabdehdir, onunla bərabər beynəlxalq komanda: yaponiyalı suşi ustası Sota Fucimori və CAR-dan olan şirniyyatçı Stüart Bell çalışır.
Onlar artıq Nobu imperiyasının digər filiallarında çalışıblar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !