"Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk Qrupu strukturuna inanır”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Minsk Qrupu formatına etimadsızlıqla bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Səfir amerikalı həmsədrlə yaxın dost olduğunu söyləyib: "Ümumilikdə ATƏT-in Minsk Qrupu həmsədrləri səylə çalışırlar ki, münaqişə dinc yolla, sülh yolu ilə tənzimlənsin. Lakin qeyd etmək istəyirəm ki, həll yolunun tapılması məsuliyyəti tərəflərin üzərinə düşür. Biz də Minsk Qrupu, o cümlədən müvafiq həmsədr ölkə olaraq bu işdə öz səylərimizi davam etdiririk”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !