Məşhur amerikalı aktyor Robin Uilyamsa qoyulan "Parkinson xəstəliyi” diaqnozu həkim səhvi olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Hollivudun "İn taç” jurnalı patoloqanatomların çıxarışına əsaslanaraq bildirib.
İntihar edən aktyorun cəsədinin yarılmasının nəticələri yalnız indi məlum olub. Uilyamsa ağır xəstəliyə düçar olduğunu xəbər verdikdən sonra o, intihar edib. Komediya janrında rolları ilə məşhur olan istedadlı aktyor 2014-cü ilin avqust ayının 11-də Kaliforniyanın Tiburon şəhərindəki evində özünü asıb.
İndi Kaliforniya KİV-i yazır ki, məhz Parkinson xəstəliyinin olması 63 yaşlı Uilyamsa pis təsir edib.
"Radar onlayn” nəşrinin məlumatına əsasən cəsədin yarılmasnın nəticələrinə əsasən Uilyamsda Parkinson xəstəliyinin olmasını demək olmaz.
"Söhbət başqa xəstəlikdən gedir - levi cisimləri ilə demensiyası”, - "Radar onlayn” qeyd edir.
Bu, ahıl yaşlarda ağıl zəifləməsinin bir növüdür.
Robin Uilyamsın ölümündən bir neçə gün sonra onun həyat yoldaşı Syuzan Şnayder bəyan edib ki, aktyor Parkinson xəstəliyinə tutulduğu üçün çox üzüldüyünü bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !