Yəhudi əsilli ABŞ vətəndaşı, məşhur iş adamı Devid Rokfellerin son yüz ilin ən böyük etiraflarının on üçüncü hissəsi türklər və onların mədəniyyəti ilə bağlıdır.
Rokfeller türklərin mirası olan mədəniyyətlərinə əl qoyduqlarını bildirir. Rokfeller türkləri dünyaya barbar kimi tanıtmalarından danışır:
"Mədəniyyətlər beşiyi olan türkləri qəbul edə bilməzdik, bu mirasa əl qoymalıydıq. Min cür oyunla bu miraslarına əl qoyaraq, onları bütün dünyaya barbar, haqq-hüquq tanımayan bir cəmiyyət olaraq tanıtdıq və bunda olduqca müvəffəqiyyətli olduq. Şumer kralları Urukaqina və Urnammu çoxtanrılı bir cəmiyyət quraraq insanlar arasında ədaləti təmin etmək və haqsızlıqları önləmək üçün qanunlar çıxarırdılar, bu gün isə tək Allaha sitayiş edən Türkiyədə bizim işlərimiz nəticəsində fahişəlik, rüşvət, oğurluq, haqsız qazanc və gəlir dağılımı həddindən artıq yüksək səviyyədədir. Əslində, insanlar tarix kitablarını açıb oxusalar, bütün gerçəyi görəcəklər, amma insanlar üçün eşitdiyinə inanmaq kifayətdir, oxumaq çox çətin gəlir. Mən də tarix kitablarını oxuyana qədər ən mədəni irq olaraq ingilisləri görürdüm"./Axar.Az/
Bizi sosial şəbəkələrdə izləyin !