Hollandiyalı forvard A seriyasında cəmi bir oyunda iştirak edib və zədə səbəbindən qarşıdakı oyunları buraxmaq məcburiyyətində qalacaq.
Məşq zamanı 32 yaşlı yarımmüdafiəçinin sağ ayağının baldır sümüyünün sınması təsdiqlənib və gələn həftə əlavə müayinələrə göndəriləcəyi bildirilib.
"Canavarlar” niderlandlı oyunçunu zədələyən komanda yoldaşının adını açıqlamayıblar. Paytaxt təmsilçisi bunun bir bədbəxt hadisə olduğunu düşünür.
Wijnaldum bu yay "Roma” klubuna "Paris Saint-Germain”dən icarə əsasında qatılıb. O, A seriyasında keçən həftə keçirilmiş Salernitananı ilə maçda cəmi 10 dəqiqə çıxış edib.
"Roma” "Liverpul”un keçmiş ulduzunun nə qədər müddətə sıradan çıxacağını açıqlamayıb. Bununla belə, o, çox güman ki, bir neçə ay Joze Mourinyonun komandası üçün əlçatmaz olacaq. Çünki belə bir zədənin sağalması vaxt tələb edir.
Sadiq Cavadov
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !