UEFA İntizam Komitəsi Çempionlar Liqasının III turu çərçivəsində Londonda İngiltərənin "Çelsi” və İtaliyanın "Roma” komandaları arasında keçirilmiş matçdakı irqçilik iddiaları ilə bağlı məsələyə baxıb.
Anews.az-ın məlumatına görə, Report.az "Roma"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, meydan sahiblərinin qaradərili futbolçusu Antonio Rüdiger 3:3 hesabı ilə başa çatan oyunun 77-ci dəqiqəsində Davide Zappakostanın əvəzinə meydana çıxarkən "Roma” azarkeşlərinin irqçi davranışlara yol vermələri təsdiqini tapmayıb. Bu səbəbdən UEFA İtaliya klubunu cəzalandırmayıb.
Qeyd edək ki, Almaniya yığmasının əslən Syerre-leonedən olan müdafiəçisi bu ilin yayında 35 milyon avro qarşılığında məhz "Roma”dan "Çelsi”yə transfer olunub. İtaliyalı fanatların irqçi davranışlara yol vermələri ilə bağlı iddia doğru çıxsaydı, UEFA paytaxt klubunu Çempionlar Liqasında növbəti ev oyununu azarkeşsiz keçirmə cəzasına da məruz qoya bilərdi. Bu isə "Roma”nın dekabrın 5-də VI tur çərçivəsində "Qarabağ”la görüşdə tərəfdarlarının dəstəyindən məhrum olacağı anlamına gəlirdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !