Roman Abramoviç Türkiyədə ada alır - 35 milyona+FOTO

15:41 | 20.11.2014
Roman Abramoviç Türkiyədə ada alır - 35 milyona+FOTO

Roman Abramoviç Türkiyədə ada alır - 35 milyona+FOTO

Türkiyənin əsas kurort bölgəsi olan Marmaris ərazisində yerləşən Muğlanın Gokova körfəsindəki Karaca adası satışa çıxarılıb.

ANN.Az xəbər verir ki, 320 min kvadratmetr sahəyə malik adanı "Çelsi" futbol klubunun prezidenti, rus milyarder Roman Abramoviç almaq niyyətindədir. Adanın satış qiyməto 35 milyon dollar (78 milyon 137 min 500 lirə). Adanın hazırkə sahibinin adı açıqlanmır. Onun hazırda ABŞ-da yaşadığı və at yetişdirməklə məşğul olduğu bildirilir.4 il əvvəl bu ada 25 milyon dollara satışa çıxarılışdı, amma alıcı tapılmamışdı. Adanın satışı ilə bağlı elanda deyilir ki, Karaca adası xüsusi müalicəvi qumu ilə seçilən Sedir (Kleopatra) Adasına 4 kilometr, Karacasöğüt məhəlləsinə 1 kilometr, Karaca Məhəlləsinə isə 500 metr yaxınlığında yerfləşir. Qeyd edək ki, rus milyarderinin türk torpaqlarına bağlılığı xüsusilə seçilir. Əksər varlı adamlar hər yay dincəlmək üçün dünyanın ən əsrarəngiz yerlərini seçdiyi halda Roman Abramoviç öz yaxtası ilə Türkiyə sularında üzərək vaxt keçirir.ANN.Az

  

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM