Braziliyalı məşhur futbolçu Ronaldinyo onu transfer etmək istəyən "Beşiktaş" klubuna bəzi şərtlər irəli sürüb.
ANN.Az Türkiyə mətbuatına istinadən məlumat verir ki, İspaniyanın “Marca” qəzetinin yazdığına görə, Ronaldinyo "Beşiktaş"a gəlmək üçün 10 şərt irəli sürüb. Qəzet futbolçunun şərtlərini bu şəkildə sıralayıb:
- Hər mövsümə 6 milyon avro maaş, ödəmələrdə 2 aydan çox gecikmə olarsa, yüzdə səkkizlik cəza ödənməsi;
- 1 ildən sonra başqa kluba transfer haqqı,
- Şəxsi sponsor haqqı;
- Qalib kuboklar üçün mükafat;
- Forma satışlarından gəlir;
- Klub tərəfindən ödənəcək və özünə aid ediləcək mobil telefonu;
- Şəxsi işlərini icra edən adamın xərclərinin "Beşiktaş" klubu tərəfindən qarşılanması;
- "Beşiktaş" klubu tərəfindən benzin daxil olmaqla, bütün xərcləri qarşılanan maşın və sürücü;
- Ailəsi ilə Braziliyaya gedə bilməsi üçün ildə 7 təyyarə bileti.
ANN.Az