Ronaldo Bakıya gəlmək istəmədi

22:30 | 02.09.2021
Ronaldo Bakıya gəlmək istəmədi

Ronaldo Bakıya gəlmək istəmədi

Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo millinin düşərgəsindən ayrılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya ilə oyunda (2:1) sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Ronaldonun yığmanın düşərgəsində qalmasına ehtiyac duyulmayıb. Bu üzdən də o, yenicə transfer olunduğu "Mançester Yunayted”in düşərgəsinə qayıdıb.

Qeyd edək ki, Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti matçını Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM