ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, öz ölkəsinin mətbuatına müsahibəsində o bildirib ki, baş verənlərin İslam dünyası ilə hər hansı bağlılığı yoxdur.
"Tanrı heç vaxt deməyib ki, peyğəmbəri təhqir edəni öldürün. Həmin terror hadisəsinin törədənlərin İslamla bağlılığı yoxdur. Bu hücum zamanı ölənlərdən biri - polis özü də müsləman olub”.
K.Ronaldo bildirib ki, dünyanın hər yerində bu cür üzücü hadisələr olur:
"Amma onların çoxu görməzliyə vurulur. Jurnal redaksiyasına edilən silahlı hücumun tək bir dinin üzərinə atıb müsəlmanları günlandırmaq məncə, yanlışdır. Bu cür terror hücumları təkcə müsəlmanlar tərəfindən edilmir. Dünyada ölümlə nəticələnən bütün hadisələrə etirazımızı bildirməliyik”.
Qeyd edək ki, Məhəmməd peyğəmbərin karikaturasını dərc edən Fransanın "Çarli Herbo" satirik jurnalına silahlı hücumda 12 nəfər ölüb.
Xatırladaq ki, Kriştiano Ronaldo müsəlman dünyasını dəstəyi ilə fərqlənir. O, indiyədək bir neçə dədə Fələstinə maddi kömək göstərib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !