Ronaldo: "Hədəfimizə çatdıq"

10:38 | 20.11.2013
Ronaldo: "Hədəfimizə çatdıq"

Ronaldo: "Hədəfimizə çatdıq"

"Son zamanlar göstərdiyim oyunumu davam etdirirəm.Meydanda kimsənin cavabını vermədim. Hesabda geri düşsək də, qələbə qazanmağı bacardıq. Futbol belə oyundur. Məhz bu səbəbdən də futbol daha çox sevilir".Qol.Az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo İsveçlə oyundan sonra deyib.Ulduz futbolçu komandasının İsveçdən daha güclü olduğunu bildirib: "Hər iki oyunda güclü tərəf biz idik. Qələbəni haqq etdik. Dünya çempionatına vəsiqə qazandığımız üçün çox şadam. Hədəfimizə çatdıq. Bütün komanda yoldaşlarımı təbrik edirəm. Artıq bu zəfərin dadını çıxarmaq vaxtıdır".Qeyd edək ki, Portuqaliyada keçirilən oyunda komandasına qələbə qazandıran (1:0) Ronaldo cavab matçında het-trik etməklə şərəfini qoruduğu yığmanı dünya çempionatına daşıyıb.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb